...

Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı

Siyasət Materials 24 Oktyabr 2012 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat - Maştağa - Buzovna və Zabrat - Kürdəxanı - Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 5,0 (beş) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti