Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyanın X iclası keçirilir.
Trend-in məlumatına görə, iclasa həmsədrliyi Azərbaycan tərəfdən Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Rusiya tərəfdən isə Federal Məclisin vitse-spikeri Svetlana Orlova edir.
İclasa hər iki ölkənin səfirləri - Polad Bülbüloğlu və Vladimir Doroxin, həmçinin hər iki parlamentin deputatları qatılıb.
Gündəlikdə əsasən Komissiyanın sədr müavinlərinin təyini, həmçinin Komissiyanın tərkibinə dəyişiklik edilməsi, humanitar, ticari-iqtisadi qanunvericilik bazasının təmin edilməsinin perspektivlərinin müzakirəsi, X iclasının yekun protokolunun imzalanması və XI iclasın yerinin müəyyənləşdirilməsi nəzərdə tutulur.