Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı bu münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin rolunu diqqətə çatdırdı. Prezident İlham Əliyev əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğuladı.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini xanım Svetlana Orlova Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. Azərbaycana sonuncu səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyən Svetlana Orlova bu inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İlham Əliyev Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədr müavininini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri xanım Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir