Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"
Əliyev Elxan İzzət oğlu
Əliyev Şahin Kamoş oğlu
Məmmədli Oruc Mehbalı oğlu
Məmmədli Süleyman Bağır oğlu
Məmmədov Rafiq Allahverdi oğlu
Rəhimov Nazir Həzrətqulu oğlu
"Əməkdar Jurnalist"
İsmayılov Eldar Xankişi oğlu
Məmmədov Bəxtiyar Miryusif oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər təltif ediliblər.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Abiyev Ağacan Qulam oğlu
Mədətov İlham İsa oğlu
"Tərəqqi" medalı ilə
Əliyev Akif Arif oğlu
Əliyev Natiq Avil oğlu
Hümbətov Cəfər İslam oğlu
Mehdiyev Qabil Sabir oğlu
Nəcəfov Dilavər Ədalət oğlu
Spirina İrina Anatolyevna
Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd olunur ki, Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Babanlı Tofiq Xanlar oğlu
Rəcəbli Əhməddin İzzət oğlu
Zeynalov Elçin Hidayət oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamlarına uyğun olaraq, Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə Zərifə Teymur qızı Salahovaya və Ələkbər Əmir oğlu Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib.