...

Prezident İlham Əliyev Bakıda 173 nömrəli tam orta məktəbin əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Siyasət Materials 12 Noyabr 2012 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Prezident İlham Əliyev Bakıda 173 nömrəli tam orta məktəbin əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bakının Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu məktəbdə 30 sinif otağı var. Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılıb.

Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə yaxından tanış oldu. Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilib. Təhsil ocağında təhlükəsizlik kameraları quraşdırılıb. Məktəbin dəhlizinə və pilləkənlərə yüksək keyfiyyətli mərmər döşənib. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılıb, həyətyanı sahədə abadlıq və quruculuq işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti