...

İranlılar İsrailin Qəzza sektorundakı fəaliyyətinə etiraz edirlər

Siyasət Materials 16 Noyabr 2012 15:26 (UTC +04:00)
Tehranda və İranın daha 700 şəhərində cümə namazından sonra İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları başlayıb.
İranlılar İsrailin Qəzza sektorundakı fəaliyyətinə etiraz edirlər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

Tehranda və İranın daha 700 şəhərində cümə namazından sonra İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları başlayıb. Bu barədə Trend cümə günü "Fars" agentliyinə istinadən məlumat verir.

İsrail Hərbi Hava Qüvvələri dünən, əməliyyatların ikinci günündə Qəzza sektorundakı yüzə yaxın hədəfə hücum edib. Hücumlar nəticəsində HƏMAS-ın hərbi qanadını üç üzvü öldürülüb. Bununla da fələstinlilər arasında ölənlərin sayı ən azı 15 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti