...

Azərbaycan Prezidenti və xanımı Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olublar (FOTO)

Siyasət Materials 16 Noyabr 2012 19:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 16-da Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidenti və xanımı Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 16-da Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanış olublar.

Dövlət başçısı və xanımı təmir və bərpa olunan bir sıra binalarda görülən işlərin gedişi ilə maraqlandılar. Bildirildi ki, təmir və bərpa işləri layihəyə uyğun olaraq həyata keçirilir.

Daha sonra Prezident və xanımı sərgi salonu kimi nəzərdə tutulan binada həyata keçirilən inşaat işləri ilə də tanış oldular.

Dövlət Bayrağı Meydanı ətrafında görülən abadlıq işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti