Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debona Qrex və Lize Kristofersen noyabrın 25-29-da Bakıya gələcəklər. Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib.
Səfər zamanı həmməruzəçilər Azərbaycan rəsmiləri, siyasi partiya və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri müzakirə edəcəklər.