...

"Sepah" komandanı: İran HƏMAS-a "Fəcr-5" raketlərinin istehsal texnologiyasını verib

Siyasət Materials 21 Noyabr 2012 16:03 (UTC +04:00)
İran Qəzzaya silah göndərməyib, lakin fəxrlə bəyan edir ki, HƏMAS-a "Fəcr-5" raketlərinin istehsal texnologiyasını verib.
"Sepah" komandanı: İran HƏMAS-a "Fəcr-5" raketlərinin istehsal texnologiyasını verib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Qəzzaya silah göndərməyib, lakin fəxrlə bəyan edir ki, HƏMAS-a "Fəcr-5" raketlərinin istehsal texnologiyasını verib. Trend İranın Yjc.ir xəbər saytına istinadən məlumat verir ki, bu barədə çərşənbə günü jurnalistlərə İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") baş komandanı Məhəmmədəli Cəfəri bildirib.

Cəfəri deyib ki, hazırda xeyli sayda bu növ raketlər istehsal olunub və HƏMAS-ın əlində bu raketlərdən kifayət qədər var.

Onun sözlərinə görə, İran öz təcrübəsini dünyanın bütün məzlum müsəlman xalqları ilə bölüşməyə hazırdır.

Qeyd edək ki, artıq bir həftədir İsrail ordusu Qəzzaya qarşı əməliyyatlar keçirir. İsrail hökuməti Qəzzada quru əməliyyatları başlamağa hazır olduğunu bəyan edibr. İndiyədək Qəzzada 140 fələstinli ölüb, onların əksəriyyəti dinc sakinlərdir. İsrailin hücumuna cavab olaraq Qəzzadan da "Fəcr-5" raketlərindən istifadə edilərək İsrailin paytaxtı Təl-Əvivə və digər şəhərlərə raket hücumları həyata keçirilib.

HƏMAS və İsrail əvvəlcə atəşkəs haqqında razılığa gəlsələr də, hər iki tərəf hələ də hücumları davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti