...

İCAPP-ın Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi qərara alınıb

Siyasət Materials 23 Noyabr 2012 12:53 (UTC +04:00)
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının noyabrın 23-də davam edən plenar sessiyası çərçivəsində Konfransa daxil olan siyasi partiyaların gənclərinin iştirakı ilə bölmə iclası keçirilib.
İCAPP-ın Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi qərara alınıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının noyabrın 23-də davam edən plenar sessiyası çərçivəsində Konfransa daxil olan siyasi partiyaların gənclərinin iştirakı ilə bölmə iclası keçirilib.

Trend-in məlumatına görə,YAP Gənclər Birliyi sədrinin müavini Ramin Məmmədovun sədrliyi ilə keçən iclasda Asiyada sülhün, təhlükəsizliyin və tərəfdaşlığın inkişafında gənc liderlərin rolu xüsusi müzakirə mövzusu olub.

Məmmədov bildirib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır. Gələcəyini fikirləşən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyi baxış konsepsiyalarını nəzərə alırlar.

Sonra Kambocanın Nazirlər Kabinetində dövlət katibi Suas Yera, Kambocanın Fun Cin Pek Partiyası sədrinin müşaviri Ti Çin Senq, COOPPALES-in sədri Xorxe Lui Fuentes Karanza, Yaponiyanın Kapti Partiyası sədrinin müavini İtari İssi, İCAPP-ın Gənclər Birliyinin katibi Mustafa Hayder Sayed çıxış edərək Asiya ölkələrində, eləcə də dünyanın inkişaf etmiş ölkələrində cərəyan edən siyasi proseslərə nəzər salıblar. Onlar bildiriblər ki, hər yerdə inişafa nail olmaq üçün sülh və təhlükəsizliyin bərqərar olması əsas amildir.

İCAPP-ın baş katibi Xose de Venesia bölmə iclasında bildirib ki, gələcək gənclərin əlindədir. Onlar təkcə öz müqəddəratlarını deyil, bəşəriyyətin xilası və xoşbəxt gələcəyi üçün çalışmalıdırlar. Bütün dövlətlər gənclərə bu istiqamətdə dəstək olmalıdırlar.

Çıxışlarda İCAPP-ın gənclər təşkilatlarının gələcək fəaliyyət istiqamətləri, gənclər birliyinin mərkəzi ofisi və katibliyinin iş prinsipləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. təkliflər səslənmiş, fikir mübadilsi aparılıb.

Müzakirələrin sonunda İCAPP-ın Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi, onlara maliyyə dəstəyinin artırılması, İllik Gənclik Festivalının keçirilməsi, media ilə əlaqələrin inkişaf etdirilməsi, yoxsulluğun azaldılması istiqamətində və korrupsiyaya qarşı mübarizədə gənclərin fəaliyyətinin artırılması, təhsil strategiyasının hazırlanması və təqaüdlərin təyin edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, idman və mədəniyyət sahəsində müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra tövsiyə xarakterli qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti