...

Pirallahı qəsəbəsində avtomobil körpüsünün tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 23 Noyabr 2012 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Pirallahı qəsəbəsində avtomobil körpüsünün tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı, 16 min nəfər əhalisi olan Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti