...

İranda "Buşəhr" AES-in təhlükəsizliyini yoxlamaq üçün simulyator hazırlanıb

Siyasət Materials 27 Noyabr 2012 15:27 (UTC +04:00)
İran alimləri "Buşəhr" atom elektrik stansiyasının (AES) təhlükəsizliyini sınaqdan keçirmək üçün AES-in istehsalat dövrünün modelləşdirilməsi sistemini hazırlayıblar.
İranda "Buşəhr" AES-in təhlükəsizliyini yoxlamaq üçün simulyator hazırlanıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbirlər Q.Mehdi, E.Tariverdiyeva/

İran alimləri "Buşəhr" atom elektrik stansiyasının (AES) təhlükəsizliyini sınaqdan keçirmək üçün AES-in istehsalat dövrünün modelləşdirilməsi sistemini hazırlayıblar. Bu barədə Trend çərşənbə axşamı "Mehr News" agentliyinə istinadən məlumat verir.

"Çernobıl", "Fukusima" və digər nüvə obyektlərində baş vermiş qəzaların acı təcrübəsini nəzərə alaraq, xərəbdarlıq tədbirləri görmək lazım idi", - sınaqların nəticələrini açıqlayan tədqiqatçı Əmir Hüseyn Kişəvərz deyib.

Qeyd edək ki, İran "Buşəhr" AES-i rəsmən 2011-ci il sentyabrın 12-də işə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti