İrlandiya, Dublin, 6 dekabr /Trend, müxbir E.Hüseynov/
Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçirilir.
Trend-in Dublinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, iclasda 50-dən çox üzv ölkənin nazirləri təşkilatın il ərzində fəaliyyətini, İrlandiyanın sədrliyi dövründə əldə edilən nəticələri müzakirə edir, həmçinin Avrasiya məkanında təhlükəsizlik, münaqişələrin həlli, transmilli təhdidlər, trafikinq, kiber-təhlükəsizlik və insan haqlarının qorunması məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
İkigünlük iclasın iştirakçıları arasında ABŞ-ın dövlət katibi Hillari Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri Ketrin Eşton, Rusiya XİN rəhbəri Sergey Lavrov, həmçinin Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin xarici işlər nazirləri var.