...

Azərbaycanın büdcə təşkilatlarında maliyyə qaydalarını pozan vəzifəli şəxslərə qarşı məsuliyyət sərtləşdirilir

Siyasət Materials 7 Dekabr 2012 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə qaydalarının pozulmasına görə yalnız həmin təşkilatın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunacaqlar. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə dəyişiklik edilməsi ilə əlaqədar qanun layihəsi hazırlanıb.

Həmin dəyişiklikdə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə həmin təşkilatların vəzifəli şəsləri bu əməllər 1000 manatadək məbləğdə törədildikdə 300-500 manat, 1000 manatdan yuxarı məbləğdə törədildikdə 500-700 manat miqdarında cərimə ediləcəklər.

Maliyyə qaydalarının pozulmasına məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması daxildir.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, həmin inzibati xətaya görə, xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilirlər.

Qanun layihəsi parlamentə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti