...

Azərbaycanla Aİ arasında danışıqların növbəti mərhələsinin gələn ilin ilk rübündə keçirilməsi planlaşdırılır

Siyasət Materials 12 Dekabr 2012 11:48 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında viza rejminin sadələşdirilməsi və readmissiya haqqında sazişlə bağlı danışıqların növbəti mərhələsinin gələn ilin ilk rübündə keçiriləcəyi gözlənilir.
Azərbaycanla Aİ arasında danışıqların növbəti mərhələsinin gələn ilin ilk rübündə keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Avropa İttifaqı arasında viza rejminin sadələşdirilməsi və readmissiya haqqında sazişlə bağlı danışıqların növbəti mərhələsinin gələn ilin ilk rübündə keçiriləcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini deyib ki, bu sahədə bəzi məqamlar razılaşdırılsa da, açıq qalan məsələlər də mövcuddur. O qeyd edib ki, danışıqlar çərçivəsində viza ilə bağlı məsələlərdə elə bir problem yoxdur, yalnız readmissiya məsələsində açıq qalan məqamlar var.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejminin sadələşdirilməsi və readmissiya haqqında saziş ilə bağlı son danışıqlar noyabrda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti