...

XİN: Terrorizmlə mübarizə Türkiyə üçün prioritetdir

Siyasət Materials 14 Dekabr 2012 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Terrorizmlə mübarizə Türkiyə üçün prioritetdir. Trend-in cümə günü "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı deyib.

Terrorizmlə mübarizəyə həsr edilmiş konfransda çıxış edən Davudoğlu bəyan edib ki, Türkiyə uzun illərdir terrorizmdən əziyyət çəkir.

"Türkiyə əvvəlki kimi ölkədə terrorizmlə və qlobal terrorizmlə mübarizə aparacaq", - Davudoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti