...

ABŞ-ın Azərbaycandakı səfiri müxalifət təmsilçiləri ilə görüşüb

Siyasət Materials 18 Dekabr 2012 17:15 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün müxalifət nümayəndələri ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfiri müxalifət təmsilçiləri ilə görüşüb

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün müxalifət nümayəndələri ilə görüşüb.

Görüşdə iştirak edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə bildirib ki, görüş zamanı ümumi məsələlər, mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP-nin məclis sədri Rafiq Manaflı, ReAL hərəkatından Erkin Qədirli və Ziyalılar Forumunun üzvü Mehriban Vəzir iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti