Təfərratlar əlavə olunub (ilk xəbər 16:43-də çıxıb)
Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A. Tağıyeva/
İraqın xarici işlər naziri Xoşiyar Zibari ölkə Prezidenti Cəlal Tələbaninin vəfatı ilə bağlı məlumatı təkzib edib. Bu barədə Trend çərşənbə axşamı "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
İraq Prezidenti Aparatı ölkənin 79 yaşlı dövlət başçısı Cəlal Tələbaninin vəfat etməsini təsdiqləmir.
Daha əvvəl bəzi ərəb KİV-ləri Tələbaninin insultdan vəfat etməsi barədə məlumat yaymışdılar.
Prezident dünən axşam hospitala yerləşdirilib və bundan sonra komaya düşüb.
Xatırladaq ki, Cəlal Tələbani 2010-cu ilin noyabrında İraqın Prezidenti seçilmişdi.