...

Siyavuş Novruzov: Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə böyük uğurlara imza atılıb

Siyasət Materials 24 Dekabr 2012 13:08 (UTC +04:00)
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox işlər görülüb, böyük uğurlara imza atılıb.
Siyavuş Novruzov: Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə böyük uğurlara imza atılıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Mehdiyev/

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə çox işlər görülüb, böyük uğurlara imza atılıb. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

Novruzov bildirib ki, bu dövr ərzində istər iqtisadi inkişaf, istər tikinti-abadlıq, quruculuq işləri sahəsində, istərsə də digər istiqamətlərdə böyük və dinamik addımlar atılıb.

"Bu dövrdə görülən işlər demək olar ki, bütün sahələri əhatə edib. Hər bir sahədə əldə olunan uğurlar göz önündədir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Şuraya sədrlik etməsi, "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi və digər məqamlar bunun əyani sübutudur", - YAP rəsmisi qeyd edib.

Onun sözlərinə görə, uğurlarımıza bu günlərdə daha biri əlavə olunub. Avropa Olimpiya Oyunlarının 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilib.

"Bu uğurlar və ad günü münasibəti ilə dövlətimizin başçısı, partiyamızın sədri İlham Əliyevi təbrik edir, ona cansağlığı, işlərində növbəti müvəffəqiyyətlərə çatmağı arzu edirik", - Novruzov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti