...

CAR-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Siyasət Materials 25 Dekabr 2012 13:59 (UTC +04:00)
Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycan Respublikasının CAR-dakı səfirliyi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş ziyafət təşkil edilib.
CAR-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycan Respublikasının CAR-dakı səfirliyi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş ziyafət təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirə Cənubi Afrikada fəaliyyət göstərən "Azərbaycanın dostları" təşkilatı, Azərbaycan icmasının nümayəndələri, Azərbaycanla ticarət əlaqələri olan iş adamları və siyasi qurumların nümayəndələri qatılıblar.

Ziyafət tədbirində Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov çıxış edib.

Qonaqlara 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat verilib, Azərbaycanın iyirmi bir illik müstəqilliyi dövründə keçdiyi müvəffəqiyyətli inkişaf yolundan danışılıb və bu inkişaf yolunda ümummilli lider Heydər Əliyevin mühüm rolu vurğulanıb.

Sonra Cənubi Afrikada fəaliyyət göstərən "Azərbaycanın dostları" təşkilatının rəhbəri Cəmil Məmmədəlizadə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən bəhs edib, bu əlaqələrin 20 illik tarixi olduğunu qeyd edib.

Daha sonra səfir E.Poluxov qonaqları milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət edib. Tədbirdə milli suvenir və xalçalardan Azərbaycan guşəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti