...

Azərbaycan və Rusiya FHN-ləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 27 Dekabr 2012 18:49 (UTC +04:00)
Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi tərəfindən "Xilasedicilər Günü" münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə nazir Vladimir Andreyeviç Puçkovun dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti bu ölkədə səfərdə olub.
Azərbaycan və Rusiya FHN-ləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi tərəfindən "Xilasedicilər Günü" münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə nazir Vladimir Andreyeviç Puçkovun dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti bu ölkədə səfərdə olub.

Tren Azərbaycan FHN-in rəsmi saytına istinadən məlumat verir ki, səfər çərçivəsində Moskva şəhərində yerləşən xilasedicilərin şərəfinə ucaldılmış abidə ziyarət edilib və abidənin önünə əklil qoyulub.

Daha sonra Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafında fərqləndiklərinə görə qarşılıqlı olaraq təltif edilmiş hər iki nazirliyin əməkdaşlarına medal və döş nişanları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti