...

Suriya ordusunun iki generalı Türkiyə ərazisinə keçib

Siyasət Materials 28 Dekabr 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir A.Tağıyeva /

Suriya ordusunun iki generalı öz ailələri ilə birlikdə Türkiyə ərazisinə keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Dünya" onlayn qəzeti xəbər yayıb.

Generallarla birlikdə bir neçə əsgər və digər hərbi qulluqçular da öz ailələri ilə birlikdə Türkiyə ərazisinə keçiblər. Onların ümumi sayı 55 nəfər təşkil edir.

Hazırda ən çox sayda suriyalı qaçqın Türkiyə ərazisindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti