...

Əhmədinejad regional əməkdaşlığa çağırır

Siyasət Materials 30 Dekabr 2012 10:41 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad region ölkələri arasında əməkdaşlığı vacib hesab edir. Bu barədə Trend "Press TV"-yə istinadən məlumat verir.
Əhmədinejad regional əməkdaşlığa çağırır

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Y.Kosolapova/

İran Prezidenti Mahmud Əhmədinejad region ölkələri arasında əməkdaşlığı vacib hesab edir. Bu barədə Trend "Press TV"-yə istinadən məlumat verir.

Onun sözlərinə görə, regionun problemləri kənar qüvvələr deyil, region ölkələrinin özləri tərəfindən birlikdə həll olunmalıdır.

"Regionun problemlərini yoluna qoymaq üçün onları regional səviyyədə həll etmək lazımdır. Region dövlətləri mövcud problemlərin həllinə tam qarşılıqlı anlaşma şəraitində nail olmağa can atmalıdırlar", - Tehranda Əfqanıstanın İrandakı yeni səfiri Bəsir Əhməd Nurla görüşən Əhmədinejad deyib.

Prezidentin sözlərinə görə, region ölkələrinin zəifliyi və bir-birindən ayrılması Qərb dövlətlərinin xeyrinədir.

Əhmədinejad qeyd edib ki, İran Əfqanıstan xalqını dəstəkləyir və Tehranla Kabil arasında əlaqələrin genişlənməsi üçün heç bir maneə yoxdur.

Prezident İranın qonşu ölkədə sülh və əmin-amanlığın bərqərar olmasını dəstəklədiyini və Əfqanıstan xalqının cari çətinliklərin öhdəsindən gələ biləcəyinə əminliyini ifadə edib.

"Biz hesab edirik ki, Əfqanıstan hökuməti və xalqı qətiyyəti və inadı sayəsində inkişaf və çiçəklənmə istiqamətində böyük uğurlara nail ola biləcək", - Əhmədinejad qeyd edib.

Əfqanıstan səfiri, öz növbəsində, İran Prezidentinə ölkəsini dəstəklədiyinə görə təşəkkürünü bildirib.O, Kabilin Tehranla əlaqələrin inkişafına birinci dərəcəli əhəmiyyət verdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti