...

Türkiyənin Nazirlər Kabinetində kadr dəyişiklikləri gözlənilir

Siyasət Materials 11 Yanvar 2013 12:46 (UTC +04:00)
Türkiyənin Nazirlər Kabinetində kadr dəyişiklikləri aparıla bilər. Trend-in məlumatına görə, xəbəri cümə günü "Hürriyət" qəzeti yayıb.
Türkiyənin Nazirlər Kabinetində kadr dəyişiklikləri gözlənilir

Azərbaycan, Bakı, 11 yanvar / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Nazirlər Kabinetində kadr dəyişiklikləri aparıla bilər. Trend-in məlumatına görə, xəbəri cümə günü "Hürriyət" qəzeti yayıb.

Məlumata görə, daxili işlər naziri İdris Naim Şahin, mədəniyyət naziri Ərtoğrul Günay, maliyyə naziri Mehmet Şimşək, kənd təsərrüfatı naziri Mehdi Eker, ətraf mühitin mühafizəsi və şəhərsalma naziri Ərdoğan Bayraqdar, səhiyyə naziri Rəcəb Aqdar və təhsil naziri Ömər Dinçer tutduqları vəzifədən azad edilə bilərlər.

Hələlik bu məlumatı Türkiyə hakimiyyəti rəsmən təsdiqləməsə də, Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin müvafiq sualını cavablandırarkən bunun mümkünlüyünü istisna etməyib.

Qəzetin məlumatına görə, yeni nazirlərin arasında bəzi deputatlar, Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, Adana vilayətindən deputat, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar və AŞPA-nın keçmiş prezidenti Mövlud Çavuşoğlu da ola bilər.

Türkiyənin ədliyyə naziri Sədulla Erginin isə daxili işlər naziri təyin edilməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti