...

Vəhdət Partiyası Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək

Siyasət Materials 16 Yanvar 2013 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Vəhdət Partiyası qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

"Partiyanın seçkilərdə iştirak etmək haqqında qərarı var, ancaq biz bir sıra partiyalar kimi öz namizədimizlə iştirak etməyəcəyik. Partiyamızın Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında qərarı var", - bu barədə Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Müxalifət düşərgəsindən vahid namizədin irəli sürülməsi məsələsinə münasibət bildirən partiya sədri bildirib ki, müxalifət vahid namizəd məsələsində razılığa gəlsəydi belə, onun qalib gəlmək şansı yox idi.

Kərimlinin sözlərinə görə, indi müxalifətin özünün təşəbbüsü ilə hansısa bir hərəkət etmək, sosial bazanı toparlamaq, təşkil etmək imkanına malik deyil.

"Müxalifət vahid namizədliyə nail ola bilmədi, indi əsas namizəd məsələsini ortaya atıblar. Güman etmirəm ki, kimsə əsas namizəd kimi iştirak edə bilsin, çünki müxalifət cəbhəsində həddən çox iddiaçılar var", - Kərimli deyib.

Qeyd edək ki, prezident seçkisinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti