...

Əli Həsənov: Bəzi siyasi qüvvələr İsmayıllıda baş verən hadisəni idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər

Siyasət Materials 24 Yanvar 2013 16:14 (UTC +04:00)
İsmayıllıda baş verən hadisənin təqsirkarları öz layiqli cəzalarını alacaqlar. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirərkən deyib.
Əli Həsənov: Bəzi siyasi qüvvələr İsmayıllıda baş verən hadisəni idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

İsmayıllıda baş verən hadisənin təqsirkarları öz layiqli cəzalarını alacaqlar. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirərkən deyib.

"Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar", - Həsənov bildirib.

PA rəsmisi bildirib ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər.

"İnsanlardan öz məqsədləri üçün istifadə etməyə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət orqanlarının fəaliyyətini iflic etməyə, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər", - PA rəsmisi bildirib.

Həsənov rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb.

"Bu olayın səbəbkarları və hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanuni funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə bilməyəcəklər. Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək", - Həsənov bildirb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti