...

Polşa hökuməti ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşını hədiyyə edib (FOTO)

Siyasət Materials 25 Yanvar 2013 10:35 (UTC +04:00)
Polşa hökuməti ölkənin Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanda mina/PHS təmizlənməsi əməliyyatlarını dəstəkləmək məqsədilə ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşını hədiyyə edib.
Polşa hökuməti ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşını hədiyyə edib (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Polşa hökuməti ölkənin Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanda mina/PHS təmizlənməsi əməliyyatlarını dəstəkləmək məqsədilə ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşını hədiyyə edib.

Trend-in məlumatına görə, təcili yardım maşınının açarı Polşanın Azərbaycandakı səfiri Mixal Labendo tərəfindən ANAMA-nın direktoru Nazim İsmayılova təhfil verilib.

İsmayılov bildirib ki, Agentlik yarandığı gündən beynəlxalq təşkilalarla sıx əməkdaşlıq edir. O vurğuayıb ki, Polşa hökumətinin bu dəstəyini Azərbaycan tərəfi yüksək dəyərləndirir. İsmayılov bu tip təcili tibbi yardım maşınlarının digər qurumların da marağına səbəb olacağını vurğulayıb.

Səfir Mixal Labendo qeyd edib ki, avtomobil təcili tibbi yardımın göstərilməsi üçün tam təchiz olunub.

O qeyd edib ki, bu yardım ANAMA üçün mühüm əhəmiyyət kəsb edir, çünki ANAMA çox vacib işlərlə məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti