...

Ağ Evin saytında ABŞ Prezidentinə Xocalı faciəsi qurbanlarının anım gününün elan edilməsi barədə çağırış dərc edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Yanvar 2013 12:15 (UTC +04:00)
Ağ Evin saytında ictimai təşəbbüslər bölümündə ABŞ Prezidenti Barak Obamaya Xocalı hərbi cinayəti qurbanlarının anım gününün elan edilməsi haqqında çağırış ərizəsi dərc olunub.
Ağ Evin saytında ABŞ Prezidentinə Xocalı faciəsi qurbanlarının anım gününün elan edilməsi barədə çağırış dərc edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Ağ Evin saytında ictimai təşəbbüslər bölümündə ABŞ Prezidenti Barak Obamaya Xocalı hərbi cinayəti qurbanlarının anım gününün elan edilməsi haqqında çağırış ərizəsi dərc olunub.

"Fevralın 26-da bir qrup Azərbaycan əsilli amerikalılar və Azərbaycanın ABŞ-da yaşayan dostları 1990-cı illərin ən dəhşətli cinayətlərindən biri və 20-ci əsrin ikinci yarısında keçmiş SSRİ hakimiyyətinin ən irimiqyaslı hərbi cinayətlərindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünü qed edəcək", - ərizədə deyilir.

Ərizədə bildirilir ki, insanlığa qarşı bu cinayət Ermənistanın dövlət başçısı tərəfindən törədilib və etiraf edilib. Bir sıra ölkələr, habelə ABŞ-ın Massaçusets, Men, Texas və Nyu-Cersi ştatları Xocalı soyqırımına həsr edilmiş qətnamə və proklamasiyalar qəbul edib.

"Bu faciənin 21-ci ildönümü ərəfəsində bir qrup Azərbaycan mənşəli amerikalı və bütün ölkədə və dünyada yaşayan dostlarımızın adından Sizdən Xocalı qətliamına və onun qurbanlarına həsr edilmiş prezident proklamasiyasının alınması üçün kömək etməyinizi xahiş edirik", - müraciətdə deyilir.

Bundan əvvəl elə həmin saytda Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktına diqqət yetirilməsi çağırışı ilə müraciət dərc edilmişdi.

"Dağlıq Qarabağ münaqişəsi ХХ əsrin ən faciəli münaqişələrdən biri oldu və milyonlarla azərbaycalının taleyinə təsir etdi. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi", - müraciətdə deyilir.

Sənəddə bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını azad etməsi haqqında dörd qətnamə (822, 853, 874, 884 №li) qəbul edib, lakin ermənilər həmin qətnamələrə əməl etməyiblər.

Sənəddə sonda bildirilir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və münaqişənin həllində fəal iştirak etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti