...

Rusiya müdafiə nazirinin Ermənistan və Qazaxıstana səfərləri başlayıb

Siyasət Materials 28 Yanvar 2013 15:39 (UTC +04:00)
Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan və Qazaxıstana rəsmi səfərləri başlayıb. Nazirin səfəri yanvarın 28-dən 30-dək davam edəcək. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə nazirin mətbuat katibi Darya Zatulina bildirib.
Rusiya müdafiə nazirinin Ermənistan və Qazaxıstana səfərləri başlayıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan və Qazaxıstana rəsmi səfərləri başlayıb. Nazirin səfəri yanvarın 28-dən 30-dək davam edəcək. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə nazirin mətbuat katibi Darya Zatulina bildirib.

"Yanvarın 28-29-da Ermənistana səfər çərçicəsində Şoyqu ölkə başçısı Serj Sarkisyanla görüşəcək, habelə erməni həmkarı Seyran Ohanyanla danışıqlar aparacaq", - Zatulina deyib.

O qeyd edib ki, bu tədbirlər çərçivəsində ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Şoyqu Ermənistana səfəri zamanı Rusiyanın Gümridəki 102 saylı hərbi bazasında olacaq. Burada ona hərbi hazırlıq, hissənin təlim-material bazası və infrastrukturunun vəziyyəti, xidmət şəraiti və hərbçilərin məişət şəraiti barədə məruzə ediləcək.

"Ordu generalı Şoyqu yanvarın 29-30-da Qazaxıstanda olacaq", - Zatulina vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, nazir Qazaxıstanın yüksək hərbi-siyasi rəhbərliyi ilə görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlığın bir sıra istiqamətləri nəzərdən keçiriləcək.

"Müzakirə ediləcək mövzular hava hücumundan vahid müdafiə sisteminin yaradılması, hərbi-kosmik və hərbi-texniki sahələrdə əməkdaşlığın gələcək inkişafı, habelə Qazaxıstan ərazisində Rusiya Müdafiə Nazirliyinin sınaq poliqonlarının fəaliyyəti olacaq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti