...

Ombudsman Aparatının əməkdaşları icazəsiz aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər

Siyasət Materials 28 Yanvar 2013 17:34 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə baş çəkiblər.
Ombudsman Aparatının əməkdaşları icazəsiz aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aparatın əməkdaşları 26 yanvar 2013-cü il tarixdəki aksiya zamanı saxlanılan şəxslərlə görüşüb, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırıblar.

İnzibati qaydada həbs olunmuş Emin Milli, Əbülfəz Qurbanlı, Tuncay Quliyev, Rüfət Abdullayev və Türkel Azərtürklə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməyib, məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər.

Saxlanılma yerinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti