...

Firidun bəy Köçərlinin 150 illik yubileyi keçiriləcək

Siyasət Materials 14 Fevral 2013 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.
Firidun bəy Köçərlinin 150 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Firidun bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur.

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti