...

Ermənistandakı Rusiya hərbi bazasının artilleriya bölmələrinin səhra çıxışı başa çatıb

Siyasət Materials 21 Fevral 2013 12:28 (UTC +04:00)
Yüksək dağlıq Kamxud təlim-məşq kompleksində 2013-cü ilin ilk təlimi olan və 400-dən artıq hərbçinin iştirakı ilə keçirilən Ermənistandakı Rusiya hərbi bazasının artilleriya bölmələrinin səhra çıxışı başa çatıb.
Ermənistandakı Rusiya hərbi bazasının artilleriya bölmələrinin səhra çıxışı başa çatıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Yüksək dağlıq Kamxud təlim-məşq kompleksində 2013-cü ilin ilk təlimi olan və 400-dən artıq hərbçinin iştirakı ilə keçirilən Ermənistandakı Rusiya hərbi bazasının artilleriya bölmələrinin səhra çıxışı başa çatıb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən deyildiyi kimi, təlimə 100 ədəd silah, hərbi və xüsusi texnika cəlb edilib. Səhra məşqləri şəraitində hərbçilər "Qvozdika" özüyeriyən haubitsalarından (qısalüləli ağır top), "Qrad" yaylım atəşi reaktiv sistemləri, minaatanlar və "Konkurs" tank əlehinə idarə olunan raketlərdən tək və qrup hədəflərinin şərti məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Artilleriya qrupu dağlıq ərazinin quruluşundan istifadə etməklə hücumun aparılması taktikasını fəal tətbiq edən "şərti" rəqibin obyektlərinin odlu silahla məhv edilməsi tapşırığını yerinə yetirib.

"Şərti" döyüşdə artilleriya bölmələrinin yaşamaq qabiliyyətinin artırılması üzrə silah, hərbi və xüsusi texnika ilə işdə bacarıqların təkmilləşdirilməsi ilə bağlı bir sıra məşğələlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti