...

Deputat Novruz Aslanov İsmayıllıda İcra Hakimiyyətinin hesabat yığıncağında iştirak edib (FOTO)

Siyasət Materials 21 Fevral 2013 12:42 (UTC +04:00)
Fevralın 20-də deputat Novruz Aslanov İsmayıllı rayonunda olub. Deputat İsmayıllı rayon İcra Hakimiyyətinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağında iştirak edib.
Deputat Novruz Aslanov İsmayıllıda İcra Hakimiyyətinin hesabat yığıncağında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Fevralın 20-də deputat Novruz Aslanov İsmayıllı rayonunda olub. Deputat İsmayıllı rayon İcra Hakimiyyətinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağında iştirak edib.

İsmayıllı rayon Gənclər Mərkəzində keçirilən iclasdan öncə millət vəkili rayona yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla birgə yerli istehsal məhsullarının sərgisi ilə tanış olub.

Yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov məruzə ilə çıxış edib. Yerli hökumət strukturlarının rəhbərləri də öz sahələrində görülən işlər barədə hesabat veriblər.

Milli Məclisin deputatı Novruz Aslanov öz çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və vətəndaşların rifah halının yaxşılaşdırılması üçün qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə məlumat verib. Hesabat dövrü ərzində rayon sakinləri tərəfindən ünvanına daxil olmuş ərizələrdə qaldırılmış məsələlərin çoxunun icra edildiyini yığıncaq iştirakçılarına bildirərək, bundan sonra da hər bir məsələyə diqqətlə yanaşaraq lazımi addımların atılacağını nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti