Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Cəfərov/
Suriyanın xarici işlər naziri Valid əl-Muallim bu gün Tehrana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Məlumata əsasən, əl-Muallim Tehranda iranlı həmkarı Əli Əkbər Salehi və digər İran rəsmiləri ilə Suriyadakı vəziyyət və milli danışıqların keçirilməsi yolları haqda müzakirələr aparacaq.
Əl-Muallimin Tehrandan Moskvaya səfər edəcəyi gözlənilir.