...

İran və Misir turizm sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq

Siyasət Materials 26 Fevral 2013 10:03 (UTC +04:00)
Yaxın günlərdə İran və Misir arasında turizmin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq.
İran və Misir turizm sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend müxbir T.Cəfərov/

Yaxın günlərdə İran və Misir arasında turizmin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq. Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, bunu İranın Mədəni İrs, Mədəniyyət və Turizm Təşkilatının sədri Məhəmməd Şərif Məlikzadə deyib.

Məlikzadə bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın artırılması üçün xüsusi proqramlar hazırlanıb. Bu məqsədlə yaxın günlərdə Misirin turizm naziri Hişam Zaza İrana səfər edəcək.

Onun sözlərinə görə, iki ölkənin KİV-ləri arasında da turizmin inkişafına dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanacaq.

Məlikzadə həmçinin deyib ki, Misirin turizm nazirinin səfəri çərçivəsində Tehranda özəl və dövlət sektoru nümayəndələrinin iştirakı ilə İran və Misir arasında turizmin inkişafına dair "dəyirmi masa"lar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti