...

Ədliyyə Nazirliyi Venesiya Komissiyasının qeydiyyatın sadələşdirilməsi ilə bağlı təkliflərini öyrənir

Siyasət Materials 15 Mart 2013 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi qeydiyyatın sadələşdirilməsinə dair Avropa Şurasının Venesiya Komissiyasının təkliflərini nəzərdən keçirir. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.

İdarə rəisinin sözlərinə görə, qeydiyyat sahəsində prosedurlar daim təkmilləşdirilməlidir. Ədliyyə Naziriyi isə bu məsələni daim diqqət mərkəzində saxlayır. Hazırda nazirlikdə bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş gedir.

"Avropa Şurasının Venesiya Komissiyasının təklifləri olmuşdu. Həmin təkliflər tərəfimizdən öyrənilir. Qanunvericiliyə baxılarkən onlar əsas götürülür. Orada məhz qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, qeydiyyatın bölgələr üzrə aparılması, yəni təkcə Bakıda yox, regionlarda da aparılması məsələləri yer alıb. Bu da qeydiyyatın sadələşdirilməsi ilə əladədardır. Amma hələ ki, qanunvericiliyə ediləcək dəyişikliklər paketi tam hazır deyil", - idarə rəisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti