...

Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib

Siyasət Materials 18 Mart 2013 18:12 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Bu gün Bakıda Azərbaycan və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və RF Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar müzakirə edilib. Eyni zamanda, mövqelərin yaxınlaşdırılması üçün məsələlər araşdırılıb, aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti