...

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib

Siyasət Materials 18 Mart 2013 20:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:

Abdullayev İsmayıl Əli oğlu
Əhmədov Əsgər Məmməd oğlu
Kazumov Orxan Vahid oğlu
Mehdiyev Əli Mehdi oğlu
Nağıyeva Aygün Nizami qızı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti