...

Ərdoğan: Suriya türkmanları ölkənin gələcəyində önəmli yer tutacaqlar

Siyasət Materials 30 Mart 2013 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir R.Hafizoğlu/

Suriya türkmanları ölkənin gələcəyində önəmli yer tutacaqlar. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya Türkman Məclisinin təsis edilməsi mərasimində çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə bölgədəki türkmanların hərtərəfli inkişafına bundan sonra da hər cür dəstək verəcək.

"Hazırda əsas hədəflərdən biri də Suriya xalqının Əsəd rejimindən qurtulmasıdır", - o qeyd edib.

Baş nazir onu da bildirib ki, Türkiyə Suriyada türk dilinin tədris olunması üçün hər cür addımlar atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti