...

Rusiyanın Ermənistandakı hərbi bazasının HHM bölməsi təlim keçirib

Siyasət Materials 3 Aprel 2013 17:39 (UTC +04:00)
Ermənistandakı Rusiya hərbi bazasının S-300V zenit-raket bölməsinin hərbçiləri təlim keçiriblər.
Rusiyanın Ermənistandakı hərbi bazasının HHM bölməsi təlim keçirib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ermənistandakı Rusiya hərbi bazasının S-300V zenit-raket bölməsinin hərbçiləri təlim keçiriblər. Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, təlimlər döyüş atəşi açılmadan şərti düşmənin tək və qrup şəklində hava hədəflərinin hücumlarının geri qaytarılması üzrə olub.

Təlim Kamxud yüksək dağlıq təlim-tədris kompleksində döyüş çıxışının keçirilməsi çərçivəsində baş tutub. Təlimdə təqribən 100 hərbçi iştirak edib, onlarla silah və hərbi texnika cəlb edilib.

Təlim zamanı 40-dan artıq müxtəlif tapşırıq yerinə yetirilib, 30-dan çox hərbi hədəf aşkarlanıb və şərti olaraq məhv edilib.

Aprelin ikinci yarısında Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının mütəxəssisləri Kapustin Yar poliqonunda (Həştərxan vilayətində) döyüş atəşi ilə xüsusi taktiki təlimlərdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti