Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Tağıyeva/
Səudiyyə Ərəbistanı "Anka" pilotsuz təyyarəsi və "Altay" tanklarının əldə edilməsi məsələsi üzrə Türkiyəyə müraciət edib. Bu barədə Trend bazar ertəsi "Sabah" qəzetinə istinadən məlumat verir.
Tank və pilotsuz təyyarələrin əldə edilməsi üçün Səudiyyə Ərəbistanı Baş Qərargahının rəisi Hüseyn bin Abdulla əl-Qobail Türkiyəyə rəsmi səfər edib və Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, həmçinin türkiyəli həmkarı Necdet Özer ilə görüşüb.
Rəsmi ər-Riyad Türkiyədən 2 milyard dollar həcmində zirehli texnika almaq niyyətindədir.