...

ATƏT-in Bakı ofisi prezident seçkiləri ilə əlaqədar tədbirlərin təşkilinə başlayıb

Siyasət Materials 2 May 2013 11:47 (UTC +04:00)
ATƏT-in Bakı Ofisi prezident seçkiləri ilə əlaqədar tədbirlərin təşkilinə başlayıb. Bunu cümə axşamı Trend-ə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay verib.
ATƏT-in Bakı ofisi prezident seçkiləri ilə əlaqədar tədbirlərin təşkilinə başlayıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Bakı ofisi prezident seçkiləri ilə əlaqədar tədbirlərin təşkilinə başlayıb. Bunu cümə axşamı Trend-ə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay verib.

Onun sözlərinə görə, həm Bakıda, həm də regionlarda "dəyirmi masa" toplantıları var və bunu təşkil etməyə başlamışıq. Bu toplantılar Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyası ilə birlikdə həyata keçirilir.

Tarqay bildirib ki, seçkiöncəsi bütün siyasi partiyaların iştirakı ilə bir sıra konfranslar keçiriləcək.

"Biz iqtidar və müxalifət partiyaları arasında fərq qoymuruq. Ona görə də keçiriləcək dəyirmi masalara bütün siyasi qüvvələr dəvət ediləcək", - o bildirib.

ATƏT-in müşahidəçilərinin çağırılıb-çağılırmaması məsələsinə gəlincə, Tarqay bildirib ki, bu, onların səlahiyyəti xaricindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti