...

Şahdəniz konsorsiumu hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayır

Siyasət Materials 2 May 2013 14:15 (UTC +04:00)
Şahdəniz konsorsiumu həmin yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumunun hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayıb. Bu barədə Trend-ə "bp-Azərbaycan"ın mətbuat xidmətindən məlumat verilib.
Şahdəniz konsorsiumu hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayır

Azərbaycan, Bakı, 2 may/Trend, müxbir E.İsmayılov/

Şahdəniz konsorsiumu həmin yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumunun hüquqi öhdəlik yaradan nəqletmə təkliflərini qiymətləndirməyə başlayıb. Bu barədə Trend-ə "bp-Azərbaycan"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə. bu, Cənub Qaz Dəhlizinin həyata keçməsində növbəti mühüm bir addımdır. Bu konsorsiumlar-Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) - 2013-cü ilin mart ayının sonunda qazın nəql edilməsi ilə bağlı öz ilkin təkliflərini təqdim edəndən bəri Şahdəniz konsorsiumu ilə geniş danışıqlar aparırlar.

Həmin təkliflər artıq onların səhmdarları tərəfindən təsdiq olunub və beləliklə də son və hüquqi öhdəlik yaradan təkliflərə çevrilib.

Bundan əlavə, Şahdəniz konsorsiumu Avropa ərazisində 15-dən artıq müxtəlif qaz alıcısından ildə 30 milyard kub metrdən çox qaz satışı təklifi də alıb. Boru kəməri variantlarının kommersiyalılığını və müvafiq bazarları müəyyənləşdirmək məqsədilə qaz satışı təkliflərinə nəqletmə təklifləri ilə yanaşı baxılacaq.

Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) Mərkəzi və Cənubi Avropadakı bazarlara ildə 10 miyard kub metr qaz daşımağı təklif edirlər. Şahdəniz konsorsiumu hazırda bu təkliflərin qiymətləndirilməsini yekunlaşdırır.

Redaktorlar üçün məlumat:

Şahdəniz Mərhələ 2 layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti