...

Suriya raket komplekslərini İsrailə istiqamətləndirib

Siyasət Materials 5 May 2013 23:07 (UTC +04:00)
Suriya hərbçiləri raket komplekslərinin İsrail istiqamətinə yönləndirmək əmri alıb. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu gün Suriya hakimiyyəti müşavirə keçirib və İsrailin Suriyanın cənubunda yerləşən hərbi obyektlərinə aviazərbə vurmaq cəhdlərinə cavab vermək üçün tədbirlər görülüb.
Suriya raket komplekslərini İsrailə istiqamətləndirib

Azərbaycan, Bakı, 5 may /Trend/

Suriya hərbçiləri raket komplekslərinin İsrail istiqamətinə yönləndirmək əmri alıb. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu gün Suriya hakimiyyəti müşavirə keçirib və İsrailin Suriyanın cənubunda yerləşən hərbi obyektlərinə aviazərbə vurmaq cəhdlərinə cavab vermək üçün tədbirlər görülüb.

Nazirlər Kabinetinin müşavirəsinin nəticəsi olaraq bildirilib ki, "İsrailin hücum təhlükəsi Suriyanı bütün istiqamətlərdə cavab addımları atmağa sövq edir".

Məlumatda deyilir ki, Suriya bu günə qədər istifadədə olmayan silahları da dövriyyəyə salmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə Suriya XİN başçısı deyib ki, Dəməşq maraqlarını müdafiə etmək üçün bütün vasitələrdən istifadə hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti