Azərbaycan, Bakı, 6 may /Trend/
ABŞ Administrasiyası İsrailin Suriyaya hücumuna haqq qazandırır. Trend-in İnterfaks-a istinadən yaydığı xəbərdə deyilir ki, birbaşa şərhlərdən yayınan Barak Obama administrasiyası eyni zamanda İsrailin özünü müdafiə hüququnu tanıyır.
Konqresdə isə bunu ABŞ-ın Suriya münaqişəsinə müdaxilə etməsi və müxalifətə silah çatdırması kimi dəyərləndiriblər.
"ABŞ prezidenti birmənalı olaraq deyib ki, İsrail suveren dövlət kimi vətəndaşlarını müdafiə etmək üçün bütün tədbirləri görə bilər" - bunu Ağ Evin rəsmisi Coş Ernest deyib.
O, birbaşa şərhdən yayınaraq deyib ki, İsrail "Hizbullah" tərəfindən gələn təhlükəyə görə, özünü müdafiə tədbirləri həyata keçirir.