Azərbaycan, Bakı, 13 may /Trend/
Mayın 14-15-də Moskva şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının I iclası keçiriləcək.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.
Daha əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlmasında bildirib ki, ümumi uzunluğu 284 kilometr olan Azərbaycan-Rusiya sərhədinin böyük hissəsi artıq tərəflər arasında razılaşdırılıb.