Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycan Parlamentinin deputatı, Milli Məclisin Tacikistanla dostluq qrupunun sədri Aydın Mirzəzadə Tacikistanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Zohir Saidovla görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Tacikistan parlament dostluq qruplarının əalqələrinin genişləndirilməsi, iki ölkə arasında hərtərəfli dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edilib.
Tərəflər iki dost ölkənin dostluq münasibətlərinin qədim tarixi olduğunu, bu münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.