...

ATƏT Azərbaycanın siyasi partiyalarını bir araya yığacaq

Siyasət Materials 17 May 2013 10:51 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilərlər, onların aralarındakı münasibətlər pozulmayıb.
ATƏT Azərbaycanın siyasi partiyalarını bir araya yığacaq

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilərlər, onların aralarındakı münasibətlər pozulmayıb. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay deyib.

Tarqay deyib ki, amma biz prezident seçkilərdən əvvəl Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil etmək niyyətindəyik:

"Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları ələ almaq üçün bir zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Amma zəmin hazırlaya bilərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib danışmalarıdır".

Səfir Koray Tarqay tədbirin keçirləcəyi tarixin hələ bəlli olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti