Koray Tarqay: Əsas məqsədimiz Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir (ƏLAVƏ OLUNUB)

Koray Tarqay: Əsas məqsədimiz Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) təşkilatı, Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri" mövzusunda dəyirmi masa keçirib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, adıçəkilən qanunun müzakirəsi zəruridir və o, bu müzakirələrdə bütün tərəflərin dinləniləcəyini söyləyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanması, əhəmiyyəti, beynəlxalq qurumların bu məsələdəki mövqeyi ilə bağlı çıxış edərək Azərbaycan hökumətinin adıçəkilən qanunun və onun icrası ilə bağlı mövqeyini açıqlayıb.

Tədbirdə USAİD-in Azərbaycan demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquqşünaslar Assosiyasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay və digərləri mövzu ilə bağlı məruzə ediblər.

Səfir Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur:

"İllərdir ki, bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, artıq Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Milli Məclis milli iradəni təmsil etdiyi üçün bunun tənqid edilməsi doğru deyil. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bunu diqqətdə saxlamaq vacibdir".

K. Tarqay ATƏT-in Bakı ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqlarını davam etdirəcəyini də qeyd edib:

"Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir".

Tədbirdə insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti struktrlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək və insan hüquqlarının təminatı, eləcə də ifadə azadlığı sahəsində qanunvericiliyin inkişafı perspektivləri ilə bağlı diskussiyalar aparılıb.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu məsələnin gündəmə gətirilməsi doğru addımdır:

"Düşünürük ki, bu məsələnin müzakirəsi beynəlxalq tərəfdaşlarımızın marağına səbəb olacaq. Biz gərək media, hüquqlar, ifadə azadlığı ilə bağlı məsələləri gərək ictimailəşdirək. Hesab edirəm ki, gələcəkdə bu məsələ nəzərə alınacaq. İstənilən təşəbbüs, o cümlədən qanunvericilik təşəbbüsü çox müsbət qəbul olunur. Yəni bir neçə şəxsin, hökumət təşkilatlarının, medianın, istənilən qanunvericiliyin təşəbbüsü əhəmiyyətlidir".

Əli Hüseynlinin sözlərinə görə, hüquqşünaslarla hökumətin mövqeyi üst-üstə düşür:

"Biz hüquqşünaslar diffamasiya haqqında qanunvericiliklə məşğul olanda yeni məlumatlar əldə edirik. Bizim diffamasiya və müdafiə haqqındakı baxışlarımız dövlətin baxışları ilə üst-üstə düşür. PA rəsmisinin söylədiyi fikirlərdə də bu rəsmi şəkildə öz əksini tapıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin ehtimallaşdırılmasının heç bir hüquqi bazası yoxdur".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hökumətin müvafiq səylərini dəyərləndirdiklərini qeyd edib:

"İnternetdə təhqir və böhtanın qarşısı alınmalıdır. Amma internet peykini göyə qaldıran ölkə qanuna internetlə bağlı 6 aylıq cəza tətbiq edəndə bu, qəribə görünür".

O, əlavə edib ki, qanunun tətbiqi və ümumiyyətlə, məsələyə kompleks yanaşaraq müəyyən mexanizmlər təyin edilməlidir. Çünki İnternet həm KİV-dir, həm də KİV deyil, kommunikasiyadır.

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli tədbirdə səsləndirilmiş "diffamasiya qanunu ilə bağlı heç bir beynəlxalq təşkilat qarşısında öhdəliimiz yoxdur" fikrinə işarə edərək deyib ki, bu, heç də belə deyil:

"Bununla bağlı cəmiyyət qarşısında öhdəliyimiz var. Digər öhdəliyimiz isə Avropa Məhkəməsinin yuridistikasındakı qərarların qəbuludur".

O, Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrinin son illərdə tətbiq olunmaması, bunun çəkindirici xarakter daşıması fikri ilə də razılaşmayıb:

"Qanun heç də həmişə çəkindirici olmur. Sadəcə diaqnozu düzgün qoymaq lazımdır. Cəmiyyət qarşısında qınaqda məsələni daha asan həll etmək olar, nəinki Cinayət Məcəlləsində 147 və 148-ci maddədə qalmaqla. Fransa qanunvericiliyində böhtan və təhqirlə bağlı maddə olsa da, onlar son 30 ildə bu maddələri kimsəyə tətbiq etməyiblər. Buna baxmayaraq, ATƏT və digər təşkilatlar bunu pis nümunə kimi tənqid edirlər. Hesab edirəm ki, Azərbaycan "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazır olan ölkədir".

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Yarmarkada ən çox satılan Kəlbəcər balı olub
Masallıda qanunsuz meşə materialı aşkar olunub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan foto paylaşıb (FOTO)
TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub
İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb
AMEA-nın müxbir üzvü vəfat edib
Bakıda prospektdə qumbara tapılıb (FOTO)
Bakıda tuneldə qəza olub, sıxlıq var (FOTO)
Əfsanəvi Feniks quşu Qarabağ Dirçəliş Fondunun loqosunda (FOTO/VİDEO)
Yalnız ÄSTHETIK LAB-da siz innovativ Callegari Soft FX cihazında kompleks dəri diaqnostikasından keçə bilərsiniz
Moskvada Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı dəyirmi masa keçirilib (FOTO)
Həftəsonu 1000-dən çox şəxs toya buraxılmayıb, 65 nəfər cərimələnib (VİDEO)
Azərbaycanda əlverişli investisiya mühiti güclü iqtisadiyyat üçün şərait yaradır - Beynəlxalq Maliyyə Korporasiyası
Bakı Slavyan Universitetinin sabiq şöbə müdirinin məhkəməsi keçirilib
Bank Respublika “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!
ABŞ senatoru Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bəyannamə imzalayıb (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert
Son 9 ayda 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub
Azərbaycana gələn turistlərin sayı artıb
Qubadlıda radio və televiziya yayımı təmin olundu (FOTO)
Azərbaycan elminə ağır itki üz verib
Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib
BANM-in tələbəsi: Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi
İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Şəmkirdə avtoxuliqanlar həbs edilib (FOTO)
Yeddi şadlıq sarayının sahibi cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb (FOTO)
Yarım milyon manatdan çox pul mənimsəyən baş həkim və işçilərinin məhkəməsi başlayır
Lənkəranda 10-dan çox narkotik alverçisi saxlanılıb
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətinin dəyişməsi
Ehtiyatda olan hərbçilər toplanışlara çağırılır
Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır - Kamaləddin Qafarov
Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib (VİDEO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Kanadada yük gəmisində yanğın başlayıb, 16 nəfər təxliyə edilib
İtaliyada əlverişsiz hava şəraitinə görə bir sıra yerlər bağlanıb
Britaniyalı müğənni Ed Şiran koronavirusa yoluxub
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Qubadlının işğaldan azad olunduğunu açıqlayıb
44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr
Bütün xəbərlər