Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Tariverdiyeva/
Bu yaxınlarda Bakıda olan parkur üzrə ən məşhur idmançı, britaniyalı Rayan Doyl sonralar dünyanın ən tez inkişaf edən şəhərlərindən biri kimi paytaxtımız haqqında öz təəssüratlarını bölüşüb. Trend-in məlumatına görə, bu barədə o, "Redbull"un rəsmi səhifəsində yerləşdirilən məqalələrdən birində deyilir.
Məqalədə bildirlir: "Onun dünya səyahəti yeni səhifələr açır. Parkur üzrə dünyanın ən məşhur idmançısı Rayan Doyl valehedici Bakıda öz macəralı xəyallarını təqib edir. Rayan Doyl öz dünyasının yeddi möcüzəsini tapmaq məqsədi ilə bütün dünyanı səyahət edir. O, Bakını məhz öz üfüqlərini genişləndirəcək, özünəməxsus mənəvi səyahət edəcəyi yer kimi seçib.
Bakı təzadlar şəhəridir və Rayan bundan istifadə etməyə qərar verdi. Peşəkar komandanın köməkliyi ilə o, parkurla olan digər bütün videolardan tamamilə fərqli, sürrealist, ancaq həyat fəlsəfəsi və xəyalları özündə əks etdirən unikal video hazırlayıb".
Rayan bildirib: "Axtarışda olduğunuz vaxtda.... günün sonunda siz istənilən yerdə ola bilərsiniz və heç kim məni izləmir. Mən anladım ki, nəsə tamamilə fərqli bir şey - yalnız rəqs edə biləcəyim və ətraf aləmlə oynaya biləcəyim, hərəkətlərin heç bir mənası olmadığı, heç nəyin əslində birləşmədiyi bədii və poetik video yaratmaq vaxtı gəlib çatıb".
Layihəsi memar Zaha Hədid tərəfindən hazırlanan Heydər Əliyev Mərkəzi, Bakının əsas yeni yerləri və memarlıq abidələri, şəhərin mərkəzində Şirvanşahlar sarayı, neft yataqları, Opera və Balet Teatrı, İctimai kitabxana, Filarmoniyanın qüllələri, qədim Bakının damları Rayanın Bakıya daxili və xarici səyahəti zamanı onun "rəqsləri" üçün gözəl yerlər olublar.